AZ

Paşinyan və Ərdoğan arasında telefon danışığınınDETALLARI

Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin administrasiyası məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edib, Ermənistan-Türkiyə əlaqələrinin intensivləşməsindən məmnunluqlarını ifadə ediblər.

Nikol Paşinyan Türkiyə Prezidentini qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib. Prezident Ərdoğan isə Ermənistanın Baş nazirini 51-ci doğum günü münasibətilə təbriklərini çatdırıb.

Söhbət zamanı Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana səfəri, Ermənistan və Türkiyə arasında birbaşa ticarət prosedurlarının yaradılması, həmçinin Axalkalaki-Qars dəmir yolunun Ermənistandan ixrac və idxal üçün açılması ilə bağlı məsələlər də müzakirə olunub.

Tərəflər regional əməkdaşlıq və iqtisadi əlaqələrin inkişafı istiqamətində dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Aminə ŞAHSUVARQIZI

Seçilən
30
1
redaktor.az

2Mənbələr