AZ

"Kurtlar Vadisi"ndəki "Ebola" səhnəsi yenidən gündəmdə — VİDEO

"Kurtlar Vadisi Pusu" serialında "Ebola" mövzusu qlobal güclərin bioloji silahlar vasitəsilə dünyanı idarə etmək planlarının tərkib hissəsi kimi təqdim olunub. Ekran işində bu mövzu ilə bağlı ən yaddaqalan məqamlardan biri "Çağrı" personajının Polat Alemdarın tapşırığı ilə canlı yayımda virus və onun pərdəarxası məqamları barədə müsahibə verməsidir.

Bundan başqa, ekran işində virusdan ölümcül bioloji silah kimi istifadə edildiyi səhnələr də yer alıb. Məsələn, düşmənləri tərəfindən bədəninə virus vurulan "Kara" personajı "Düşmənin çirkinliyi ilə ölməkdənsə, öz əsgərimin gülləsi ilə ölərəm" deyərək özünü fəda edib. Serialda bu mövzu qlobal şəbəkələrin və dərin güclərin ölkələrdə xaos yaratmaq, sabitliyi pozmaq və ya əhalinin sayını nəzarətdə saxlamaq üçün istifadə etdiyi təhlükəli bioloji silah kimi ssenariləşdirilib.

Qeyd edək ki, real həyatda Ebola insanlarda və primatlarda ciddi, çox vaxt ölümcül qanaxmalı qızdırmaya səbəb olan ağır xəstəlikdir. Afrika qitəsində vaxtaşırı regional alovlanmalara səbəb olan bu virusa Türkiyədə indiyə qədər rast gəlinməyib.

Seçilən
28
1
demokrat.az

2Mənbələr