AZ

UEFA Turan Tovuzu Konfrans Liqasında iştirakdan məhrum etdi

UEFA “Turan Tovuz” klubunun Konfrans Liqasında iştirakına qadağa qoyub.

Missiya.Az xəbər verir ki, buna səbəb klubun 7 futbolçusunun 2019-cu ildə oyun alqı-satqısına görə cəzalandırılması olub.

Tovuz təmsilçisinin rəsmi saytında bununla bağlı rəsmi açıqlamasında deyilir:

“2025/2026-cı illər mövsümündə bütün idman prinsiplərinə əməl edən mövsümü 3-cü pillədə başa vuran və Konfrans Liqasında çıxış etmək hüququ qazanan klub UEFA İntizam Komitəsi tərəfindən klubun kriteriyalara cavab verib-verməməsinə dair araşdırma aparılıb. AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını əsas götürən qurum 2 iyun 2026-cı il tarixində klubu 2026/2027-ci illər mövsümündəki UEFA-nın idman yarışlarında iştirakdan kənarlaşdırıb”.

Qeyd edək ki, AFFA İntizam Komitəsi tərəfindən 2019-2020-ci illər mövsümündə I Divizionda çıxış edən komanda 7 futbolçusuna futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulmuşdu. Klub idman arbitraj məhkəməsinə müraciət edəcəyini bildirib.

Məlumata görə, Tovuz klubunun UEFA Konfrans Liqasında iştirak edə bilməməsi durumunda "Neftçi" konfrans liqasına II təsnifat mərhələsindən başlayacaq.

Daşqın HəsənovMissiya.Az

Seçilən
40
48
missiya.az

10Mənbələr