AZ

“MJ Financial Services”nin xalis mənfəəti 19% azalıb

“MJ Financial Services” Bank Olmayan Kredit Təşkilatının MMC 2025-ci ildə 3,47 milyon manat xalis mənfəət əldə edib ki, bu da əvvəlki illə müqayisədə 18,6 faiz azdır. Gəlirlərin artmasına baxmayaraq, əməliyyat və vergi xərclərinin yüksəlməsi mənfəətin azalmasına səbəb olub.

Faiz gəlirləri 9,78 milyon manata, xalis faiz gəlirləri isə 9 milyon manata yüksəlib. Bununla yanaşı, ümumi və inzibati xərclər 54,5 faiz artaraq 4,65 milyon manata çatıb.

2025-ci ilin sonuna şirkətin aktivləri 48,6 faiz artaraq 21,97 milyon manata yüksəlib. Xalis kredit portfeli 18,15 milyon manat təşkil edib, 360 gündən çox gecikmiş kreditlərin payı isə 4 faiz olub. Pul vəsaitləri 3,13 milyon manata çatıb ki, bu da əsasən 4,80 milyon manatlıq kapital qoyuluşu ilə bağlıdır.

Öhdəliklər 8,64 milyon manat, kapital isə 13,33 milyon manat olub. BOKT il ərzində 2,35 milyon manat dividend ödəyib.

İşçi sayı bir ildə 62 nəfərdən 83 nəfərə yüksəlib.

2019-cu ildə yaradılan BOKT fərdi sahibkarlara kredit xidmətləri göstərir və AMB-nin BKT-32 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.

“MJ Financial Services” BOKT 2019-cu ildə təsisçilər tərəfindən ənənəvi bankçılıq sistemi vasitəsilə kredit əldə etmək imkanı olmayan fərdi sahibkarlara kredit xidməti göstərmək məqsədi ilə təsis edilib. BOKT 14 avqust 2019-cu il tarixindən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş BKT-32 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. 31 dekabr 2025-ci il tarixinə nizamnamə kapitalı 5,10 milyon manat olmaqla 170 pay üzərindədir. Səhmdarlar Camal Aydınov — 70 faiz (1,53 milyon manat) və Mədəd Rüstəmovdur — 30 faiz (3,57 milyon manat).

Seçilən
34
banker.az

1Mənbələr