Azad edilmiş ərazilərdə 6 321 abonent su təchizatı xidmətləri ilə əhatə olunub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Day.Az-a verilən məlumata görə, hazırda Xankəndidə 3 264, Füzulidə 878, Cəbrayılda 690, Şuşada 535, Laçında 380, Xocavənddə 367 və Kəlbəcərdə 207 abonentə su təchizatı xidmətləri göstərilir.
Bildirilib ki, bununla da azad edilmiş ərazilərdə su xidmətləri ilə əhatə olunan abonentlərin sayı 6 321-ə çatıb.
Ən böyük abonent bazası Xankəndi şəhərində qeydə alınıb. Şəhərdə 104 kilometr uzunluğunda su şəbəkəsi, 67 kilometrlik kanalizasiya sistemi, 15 subartezian quyusu və sutkalıq gücü 16 min kubmetr olan iki sutəmizləyici qurğu fəaliyyət göstərir.
Şuşada 34,5 kilometr su və 27,5 kilometr kanalizasiya şəbəkəsi, Xocavənddə 48 kilometrlik, Hadrutda isə 35 kilometrlik su şəbəkəsi istismar olunur. Ağdərədə 52 kilometrlik su şəbəkəsi və 37 kilometrlik magistral su kəməri fəaliyyət göstərir.
Bununla yanaşı, Xocalıda 364, Əsgəranda 50, Zəngilanda isə 27 istehlakçı su xidmətləri ilə təmin olunur.