AZ

Xankəndidə 3264 abonent su və kanalizasiya xidmətləri ilə təmin olunur

XANKƏNDİ, 3 iyun. TELEQRAF

Xankəndi mövcud su təchizatı və kanalizasiya sistemləri fəaliyyəti bərpa edilimiş dövlət qurumlarına və müxtəlif təşkilatların işçilərinin məskunlaşdığı 3264 abonentə xidmət göstərilir.

Teleqraf-ın Qarabağa ezam olunan müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Qeyd edilib ki, Xankəndi şəhərinin su təchizatı üzrə aparılmış araşdırmalara əsasən su mənbəyi Xəlfəli çay, diametri 530mm, uzunluğu 5.5 km magistral su kəməri və Cəmilli kəndi və Ballıca kəndi ərazisindən keçən çay məcrasından nasos vasitəsi ilə şəhərə qədər diametri 530mm, uzunluğu 9 km su kəməri və şəhər ərazisində 15 ədəd subartezian quyuları mövcuddur.

Şəhərin relyefinə görə 10 zonaya bölünmüş və hər bir zona üzrə su anbarları (15000m3) mövcuddur. Şəhərin şəbəkəsi polietilen (d63-315mm, L=104km)borulardan ibarətdir, suyun təmizlənməsi ilə bağlı 2 ədəd su təmizləyici qurğular (2x8000 m3/gün), suyun zərərsizləşdirilməsi ilə bağlı xlorator qurğusu və suyun uçotunun aparılması üçün yeraltı quyularda quraşdırılmış su sayğacları mövcuddur.

Bundan əlavə, şəhərin hidravliki zonalarının və kanalizasiya sisteminin araşdırılması işləri aparılıb.
Şəhərin tullantı sularının kənarlaşdırılması üçün şəbəkə və kollektorlar mövcuddur və tullantı suları 27nöqtədən şəhərin kənarında yerləşən dərələrə axıdılır.Hazırda 67 km (D200-1200mm) kanalizasiya şəbəkəsi istismar olunur.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Xankəndi şəhərinə 36 ailə , Kərkicahan qəsəbəsinə 36 ailə köçürülüb.

Seçilən
26
5
teleqraf.com

7Mənbələr