AZ

ABŞ-də 1838-ci ilə aid nadir sikkə tapıldı

ABŞ-də bir kişi öz həyətində XIX əsrə aid nadir bir sikkə tapıb. 

Redaktor.az xəbər verir ki, kişi bu tapıntını "Reddit" platformasında paylaşıb. 

Sikkənin bir üzündə oturmuş Azadlıq xanımı (Lady Liberty) təsvir olunub, digər üzündə isə “Amerika Birləşmiş Ştatları” yazısı və mərkəzdə çələng içində “One Dime” sözləri yer alır.

Mütəxəssislərin bildirdiyinə görə, bu tip sikkələr olduqca nadirdir və kolleksiyaçılar onları minlərlə dollar qarşılığında almağa hazırdır. Bəzi nümunələr hərraclarda 33 min dollara qədər satılıb.

Tapılan sikkənin dəyərini artıran əsas səbəb onun Nyu-Orlean zərbxanasında istehsal olunmasıdır. Həmçinin həmin dövrdə sikkələrin dizaynı dəyişdirilib və yeni versiyalarda ulduzlar əlavə olunsa da, 1838-ci ilin bəzi nümunələrində bu elementlər hələ yer almırdı.

Bu səbəbdən ekspertlər belə sikkələri numizmatika baxımından xüsusilə qiymətli hesab edirlər.

Aytəkin TOFİQQIZI

Seçilən
22
1
redaktor.az

2Mənbələr