BAKI, 3 iyun. TELEQRAF
“Real Madrid” 2026/2027-ci illər mövsümü üçün nəzərdə tutulmuş yeni ev formasını ictimaiyyətə təqdim edib.
Teleqraf xəbər verir ki, “kral klubu”nun “Adidas” tərəfindən hazırlanan yeni forması ənənəvi olaraq ağ rəngdə dizayn olunub.
Yeni geyimdə tünd yaşıl və çəhrayı detallara üstünlük verilib.
Qeyd edək ki, “Real Madrid”in yeni ev forması iyunun 3-dən etibarən satışa çıxarılıb.