AZ

Qrinvud İtaliya klubuna keçməyə yaxındır

"Olimpik Marsel"in hücumçusu Meyson Qrinvud karyerasını İtaliyada davam etdirə bilər.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, onun xidmətində "Roma" maraqlıdır.

Paytaxt təmsilçisi yay transfer pəncərəsində keçidi reallaşdırmaq niyyətindədir. Fransa klubu 24 yaşlı ingiltərəli forvardı azı 50 milyon avroya satmağı hədəfləsə də, "canavarlar" ön xətt oyunçusunu 40 milyon avroya almağa çalışacaqlar.

Qrinvudun "Olimpik Marsel" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 55 milyon avro məbləğində dəyərləndirir. Meyson geridə qalan mövsümdə bütün turnirlərdə 45 matça çıxaraq 26 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Seçilən
11
1
fanat.az

2Mənbələr