Qəbələdə təlim-məşq toplanışında olan U-20 millimiz yoldaşlıq görüşü keçirəcək.
Msport.az xəbər verir ki, AFFA-nın mətbuat xidməti bu haqda məlumat yayıb.
Yığmamız pakistanlı həmyaşıdları ilə qarşılaşacaq. Oyun iyunun 9-da saat 17:30-da Qəbələ şəhər stadionunda keçiriləcək.