AZ

İkiqat “Qremmi” laureatı Peabo Bryson vəfat edib

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“Variety” nəşri xəbər verir ki, sənətçi 76 yaşında dünyasını dəyişib. 

P.Bryson musiqi karyerası ərzində böyük uğurlara imza atıb və xüsusilə "Disney" animasiya filmlərinə bəxş etdiyi unudulmaz ifalarla dünya miqyasında tanınıb.

1993-cü ildə “Beauty and the Beast” kompozisiyasına görə ilk “Qremmi” mükafatını qazanan sənətçi, 1994-cü ildə isə “A Whole New World” duetinə görə ikinci dəfə bu nüfuzlu mükafata layiq görülüb.

Onun ifaları uzun illərdir dinləyicilər tərəfindən klassik pop və romantik balladaların ən parlaq nümunələrindən biri kimi qəbul olunur.

Qeyd edək ki, bir neçə gün əvvəl caz musiqisinin əfsanələrindən biri, üçqat “Qremmi” laureatı Sonny Rollins da 95 yaşında vəfat etmişdi.

S.Rzayeva
XQ

Seçilən
40
2
xalqqazeti.az

3Mənbələr