AZ

Tərzi yenidən tənqid olundu

Mövsümün ən reytinqli serialı olan "Taşacak Bu Deniz" mövsümü 31-ci bölümü ilə başa vuracaq.

Musavat.com xəbər verir ki, çəkilişlər başa çatdıqdan sonra dünən gecə mövsüm final tədbiri keçirilib.

"Eleni" obrazını canlandıran Ava Yaman aktyorların əyləncəli vaxt keçirdiyi tədbirdə diqqəti cəlb edib. Əvvəllər tədbirlərdə geyimləri ilə müzakirələrə səbəb olan Yaman yenidən diqqət çəkib.

Xüsusi tədbirdə Ava Yaman çəhrayı və qırmızı çalarlarda geniş, çiçək naxışlı don geyinib. Saçları bir az düzəldilmiş və qara idman ayaqqabısı ilə gənc aktrisanın görünüşü sosial mediada yenidən fikir ayrılığına səbəb olub.

Bəziləri Ava Yamanın görünüşünü "o, özüdür" və "təbiilik də elə budur" kimi şərhlərlə şərh etsə də, digərləri... Tənqidlər arasında "Bu qızı qəsdən belə geyindirirlərmi?", "Baxın, bu körpə qıza nə ediblər!", "Ehtiyatsızlıq, hətta hörmətsizlik!" kimi şərhlər səsləndirilib. 

Könül
Musavat.com

6a1fe5b4327a3e5d3151f76d

Seçilən
24
musavat.com

1Mənbələr