Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq yarışda qüvvəsini sınayacaq.
AZƏRTAC xəbər verir ki, istedadlı idmançı iyunun 4-dən 7-dək İsveçin Helsinborq şəhərində təşkil olunacaq "WTT Youth Contender" turnirinə qatılacaq.
Onur, həmçinin Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 8-dən 13-dək İsveçin Halmstad şəhərində istedadlı idmançılar üçün keçirəcəyi təlim-məşq toplanışında da iştirak edəcək.