Azərbaycanın futbol üzrə U-20 milli komandası yoxlama matçı keçirəcək.
İdmanxeber.az xəbər verir ki, bu haqda AFFA-nın yaydığı açıqlamada bildirilir. Məlumata görə, Qəbələdə təlim-məşq toplanışında olan U-20 millimiz Pakistanın U-20 yığması ilə yoldaşlıq görüşünə çıxacaq.
Qəbələ şəhər stadionunda keçiriləcək oyun iyunun 9-u, saat 17:30-da başlanacaq.