AZ

AFFA "Turan Tovuz"la bağlı qalmaqala səssiz qalmadı - SON DƏQİQƏ

Ölkə gündəmini zəbt edən əsas hadisə "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırılmasıdır.

Klub bu gün səhər saatlarında rəsmi bəyanat yayaraq UEFA-nın qadağa qoymasını təsdiq edib.

Bəs AFFA-nın məlum hadisələrə mövqeyi necədir?

Suala cavab tapmaq üçün federasiya ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Murad Axundov saytımıza açıqlamasında bunları dedi:

"AFFA İntizam Komitəsinin 2019-cu ildəki qərarına istinadən UEFA araşdırma aparıb bu mövsüm Konfrans Liqasında ölkəmizi təmsil etməli olan "Turan Tovuz"u avrokuboklardan uzaqlaşdırıb.

Klubun xüsusilə son illərdə gördüyü işlər, bölgədə gördüyü aktiv fəaliyyət dövründə belə halın yaşanması bizi çox məyus edir.

AFFA olaraq həm UEFA, həm də "Turan Tovuz"la mütəmadi əlaqədəyik. Gedişatla bağlı daha ətraflı məlumat yaxın zamanda veriləcək"

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
48
sportinfo.az

1Mənbələr