AZ

​Kürdəmirdə avtomobil anidən yandı

Kürdəmirdə avtomobil anidən yanıb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi xəbərinə görə, hadisə rayonun Soltan Şıxəliyev küçəsində qeydə alınıb.

Belə ki,rayon sakini Gülmalıyev Röyal Elniz oğluna məxsus "LADA" markalı avtomobil qəfldən alışıb yanmağa başlayıb. Eyni zamanda avtomobil hərəkətə gələrək qarşısındakı "HYUNDAİ" markalı avtomobilə dəyib. Hadisə yerinə dərhal FHN-nin Kürdəmir rayon dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Yanğın avtomobildə qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırmalar aparılır.

Davud Tarverdiyev/ Metbuat.az

Seçilən
7
metbuat.az

1Mənbələr