AZ

Tokioda tropik fırtına təhlükəsi: 370 minə yaxın insan təxliyə edilməlidir

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 3 iyun, AZƏRTAC

“Çanmi” tropik fırtınası Yaponiya paytaxtına yaxınlaşır.

AZƏRTAC xəbər verir ki, Yaponiya hökuməti çərşənbə günü potensial daşqınlar barədə xəbərdarlıq edib və 370 minə yaxın insanın təxliyəsinə çağırıb.

İyunun 2-də “şiddətli tropik fırtına” (tayfundan bir kateqoriya aşağı) kimi təsnif edilən “Çanmi” artıq ölkənin cənubunda fəlakətlər törədib. “Het Nieuwsblad” qəzetinin məlumatına görə, minlərlə ailə elektrik enerjisiz qalıb və hava nəqliyyatı dayandırılıb.

Hakimiyyət orqanları çərşənbə günü Tokionun nəqliyyat şəbəkəsinə daha çox ziyan dəyəcəyini bildirir. İyunun 3-də Yaponiya paytaxtındakı bəzi məktəblər bağlanır. Çərşənbə gününə planlaşdırılan yüzlərlə uçuş artıq ləğv edilib.

Güclü yağışlar səbəbindən ölkənin şərqində və qərbində bir neçə çay məcrasından çıxıb. Nəticə etibarilə, meteorologiya xidmətləri ölkə ərazisində, o cümlədən Tokioda daşqın xəbərdarlığı elan edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
3
azertag.az

4Mənbələr