AZ

“Sabah”ın növbəti transfer hədəfi BƏLLİ OLDU

“Sabah” klubunun danışıq apardığı legionerlərdən birinin adı məlum olub.

Bizim.Media xəbər verir ki, Masazır təmsilçisi hazırda cənubi afrikalı müdafiəçi Eyden

Makkartini heyətə qatmağa hazırlaşır.
 

Müdafiənin mərkəzində çıxış edən Makkarti hazırda doğma ölkəsinin “Kayzer Çifs” klubunun şərəfini qoruyur. Danışıqlar artıq müsbət yekunlaşıb və futbolçu yaxın günlərdə müqavilə imzalamaq üçün Bakıya gəlməlidir.


Qeyd edək ki, Makkarti son mövsümdə 31 oyunda meydana çıxaraq 2 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
35
1
bizim.media

2Mənbələr