AZ

Tramp: “Çoxlu yaxşı şeylər baş verəcək..."

ABŞ lideri Donald Tramp Vaşinqtonun İranla danışıqlarının "sürətlə inkişaf etdiyini" bəyan edib.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti "New York Post" qəzetinə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, İslam Respublikası nüvə silahının hazırlanmasından imtina etməyə razılıq verib və ölkələr arasında mümkün sövdələşmə nəticəsində “çoxlu yaxşı şeylər" baş verəcək.

Ağ Ev rəhbəri həmçinin iddia edib ki, İranın ali lideri Müctəba Xamenei danışıqlar prosesində qərarların qəbul edilməsində şəxsən iştirak edir.

Tramp həmçinin İranın dəniz blokadasının cari ilin sentyabr ayına qədər davam edə biləcəyini də istisna etməyib.

QAZİLER.AZ

Seçilən
19
1
qaziler.az

2Mənbələr