AZ

“SOCAR Green”: Xəzər dənizində külək enerjisi potensialı 157 giqavatdır

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycanın Xəzər dənizində texniki ofşor külək enerjisi potensialı 157 giqavat, kommersiya baxımından səmərəli potensialı isə təxminən 38 giqavat təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən “Bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası: çağırışlar və həllər” adlı sessiyadakı çıxışı zamanı “SOCAR Green”in texnologiya və innovasiyalar departamentinin direktoru Elçin Tarquluyev deyib.

“Azərbaycan kifayət qədər böyük həcmdə bərpaolunan enerji resurslarına malikdir. Qısa və orta müddətli perspektivdə Azərbaycanın ən böyük potensialı Günəş və külək enerjisi sahələrindədir. Hazırda ölkədə həyata keçirilən ən iri bərpaolunan enerji layihələri də məhz bu istiqamətlərdə cəmləşib. Orta və uzunmüddətli perspektivdə isə dənizdə külək enerjisi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə dünyanın ən böyük potensiala malik ölkələrindən biridir. Bununla yanaşı, Azərbaycanın bioenerji və geotermal enerji sahələrində də əhəmiyyətli potensialı mövcuddur. Lakin bu texnologiyalar hazırda iqtisadi və kommersiya baxımından Günəş və külək enerjisi ilə müqayisədə daha az rəqabətqabiliyyətlidir və əsasən tədqiqat, inkişaf mərhələsindədir. Məhz buna görə də bu istiqamətlər üzrə inkişaf tempi Günəş və külək enerjisi kimi daha geniş tətbiq olunan, iqtisadi cəhətdən səmərəli texnologiyalarla müqayisədə nisbətən daha yavaşdır”, - deyə o qeyd edib.

Seçilən
2
3
azertag.az

4Mənbələr