AZ

Bitkoin gerilədi - 2 ayın ən aşağı səviyyəsi

Bitkoin son iki ayın ən aşağı səviyyəsinə enib



Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də spot bitcoin ETF-lərindən kapital çıxışlarının sürətlənməsi fonunda Bitkoin kəskin ucuzlaşıb. Kriptovalyuta bazarının ümumi dəyəri son 24 saat ərzində təxminən 3,4 faiz azalaraq 2,32 trilyon dollara düşüb.


Bazar dəyərinə görə ən böyük rəqəmsal valyuta olan Bitkoin gün ərzində 65 min 426 dollara qədər geriləyərək son iki ayın ən aşağı səviyyəsini görüb. Son məlumatlara əsasən, kriptovalyuta 66 min 825 dollar ətrafında ticarət olunur.


İyun ayının əvvəlindən etibarən Bitkoin investorlarına təxminən 10 faiz zərər gətirib.

Seçilən
48
1
manset.az

2Mənbələr