“Napoli” hücumçu Rasmus Xoylundun transfer hüquqlarını tam şəkildə əldə edib.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu ötən mövsümü icarə əsasında komandada keçirən danimarkalı forvardla daimi müqavilə imzalayıb. Transferin dəyərinin bonuslarla birlikdə 50 milyon avroya çatdığı bildirilir.
23 yaşlı futbolçu 2025/26 mövsümündə A Seriyasında 33 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib