AZ

DÇ-2026-nın ən gənc futbolçuları bilindi - Lennart Karl 3-cü yerdədir

İyunun 11-də başlayacaq futbol üzrə dünya çempionatına qatılacaq ən gənc futbolçular müəyyənləşib.

Fanat.Az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Meksika yığmasının 17 yaşlı hücumameyilli yarımmüdafiəçisi Xilberto Moradır. 

"Tixuana"nın futbolçusu meydana çıxacağı halda, turnir tarixinin KONKAKAF-ı (Şimali Amerika, Mərkəzi Amerika və Karib Hövzəsi Konfederasiyası) təmsil edən ən gənc oyunçusu olacaq və 1930-cu ildə Uruqvayda təşkil edilən mundialda 18 yaşında olan həmvətəni Manuel Rosasın rekordunu qıracaq.

Mora Meksika yığmasının Cənubi Afrika Respublikasına qarşı keçirəcəyi açılış matçında oynasa, Pele (Braziliya), Salomon Olembe, Samuel Etoo (hər ikisi Kamerun), Femi Opabunmi (Nigeriya) və Norman Uaytsayddan (Şimali İrlandiya) sonra turnirin tarixinə düşən 6-cı ən gənc futbolçu adını qazanacaq.

DÇ-2026-da top qovmaq şansı olan digər gənc futbolçular Çexiya millisinin yarımmüdafiəçisi Huqo Soçurek (18 yaş 4 gün), almaniyalı Lennart Karl (18 yaş 109 gün), seneqallı İbrahim Mbaye (18 yaş 138 gün) və misirli Həmzə Əbdülkərimdir (18 yaş 161 gün).

Toğrul

Seçilən
9
1
fanat.az

2Mənbələr