AZ

"Danışıqlara ev sahibliyi etməyə hazırıq" - Macarıstandan sülh MESAJI

Macarıstan Rusiya-Ukrayna münaqişəsinin həllinə diplomatik dəstək verməyə və danışıqlara ev sahibliyi etməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Maqyar Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Macarıstan münaqişənin həlli istiqamətində həm diplomatik, həm də humanitar yardım göstərə bilər.

“Biz diplomatik və humanitar yardım göstərə bilərik və Macarıstan da danışıqlar üçün məkan ola bilər”, – deyə Maqyar vurğulayıb.

Kiyev üçün təhlükəsizlik zəmanətlərinə toxunan baş nazir qeyd edib ki, belə təminatlar yalnız beynəlxalq ictimaiyyət tərəfindən verilə bilər.

“Macarıstan burada həlledici rol oynaya bilməz. Bu, böyük dövlətlərin səlahiyyətində olan məsələdir”, – deyə o bildirib.

Qeyd edək ki, Peter Maqyar iyunun 2-də Berlində Almaniya kansleri Fridrix Merts ilə görüşüb. O, həmçinin gələn həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
15
1
redaktor.az

2Mənbələr