AZ

Hoylund “Napoli”də qaldı: “Mançester Yunayted”ə 100 milyonluq gəlir

Idman.biz saytına istinadən ain.az xəbər verir.

İtaliyanın “Napoli” futbol komandasının hücumçusu Rasmus Hoylund “Mançester Yunayted”dən birdəfəlik transfer olunub.

İdman.Biz xəbər verir ki, Neapol təmsilçisi danimarkalı futbolçunun idman hüquqlarının tam alınması üçün şərtlərin yerinə yetirildiyini rəsmən açıqlayıb.

23 yaşlı hücumçu komandanın heyətində çıxdığı 44 oyunda 16 qol vurub.

Transferin ümumi dəyəri 50 milyon avrodur (100 milyon AZN). Bu məbləğə ötən yay ödənilən altı milyon avroluq (12 milyon AZN) icarə haqqı və məcburi satınalma üçün nəzərdə tutulan 44 milyon avro (88 milyon AZN) daxildir.

Hoylund 2025/2026 mövsümünü “Napoli”də icarə əsasında keçirib. İtaliya klubu Çempionlar Liqasına vəsiqə qazandıqdan sonra müqavilədəki satınalma şərti aktivləşib.

“Mançester Yunayted” Hoylund transferindən əldə etdiyi vəsaitin bir hissəsini “Atalanta”nın braziliyalı yarımmüdafiəçisi Edersonun keçidinə yönəltməyi planlaşdırır.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
icma.az

1Mənbələr