AZ

Con Kerri istefaya gedir: Məqsədi odur ki...

ABŞ-ın iqlim məsələləri üzrə elçisi Con Kerri vəzifəsini tərk edəcək.

Publika.az xəbər verir ki, bu barədə o özü “NBC News”a məlumat verib.

“Düşünürəm ki, seçki ili olduğunu və Konqresin dondurulduğunu nəzərə alsaq, mən istefa verirəm, lakin bu məsələni tərk etmirəm – bu məsələnin üzərində başqa aspektlərdən çalışacağam”, - Kerri bildirib.

Prezident Barak Obamanın dövründə ABŞ-ın dövlət katibi olmuş Kerri gələn həftə Dünya İqtisadi Forumunun keçiriləcəyi İsveçrə Davosuna gedəcək.

Seçilən
377
1
publika.az

10Mənbələr