AZ

Azər Bağırov: "Bütün futbolçulara şans verdik"

Bu gün "Qəbələ" ilə keçirilən yoxlama oyunundan sonra "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov fikirlərini bildirib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis 0:2 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları deyib:

"Hazırlıq prosesi istədiyimiz kimi keçdi, plana uyğun toplanışı başa vurduq. Oyunda da nəyi planlaşdırmışdıqsa, yerinə yetirdik. Hər hissədə fərqli heyətlə oynadıq. Bütün futbolçulara şans verdik, onlar da tapşırıqları yerinə yetirməyə çalışdılar. Bir sözlə, nəticədən asılı olmayaraq, faydalı toplanış və oyun oldu. Ən əsası matçı zədəsiz başa vurduq. Zədə üzündən toplanışa qatılmayan Orxan Əliyev və İsmail Azzaoui Bakıda komandaya qoşulacaq və rəsmi oyunlara qədər tam hazır olacaqlar".

Seçilən
382
34
offsideplus.az

10Mənbələr