AZ

Biləsuvarda dəm qazından zəhərlənən şəxslərin adları məlum olub YENİLƏNİB

Biləsuvar rayonunda dəm qazından zəhərlənən şəxslərin adları məlum olub.

“İki sahil”in məlumatına görə, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, onlar Biləsuvar rayon sakinləri - 1980-ci il təvəllüdlü R.Babayeva, 2007-ci il təvəllüdlü E.Babayeva, 2010-cu il təvəllüdlü Z.Suvarlı, 1988-ci il təvəllüdlü G.Suvarova, 2015-ci il təvəllüdlü A.Suvarov, 2009-cu il təvəllüdlü F.Məmmədzadə, 2006-ci il təvəllüdlü M.Məmmədzadə, 1979-cu il təvəllüdlü L.Məmmədova, 2012-ci il təvəllüdlü Z.Məmmədova, 1997-ci il təvəllüdlü G.İbrahimova, 1969-cu il təvəllüdlü R.Əliyevadır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Biləsuvar rayonunda bu gün ərzində dəm qazından zəhərlənmə hadisələri baş verib.

“İki sahil” xəbər verir ki, hadisələr dörd fərqli ünvanda qeydə alınıb.

İlkin məlumata görə, ümumilikdə 11 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
373
17
ikisahil.az

10Mənbələr