İndoneziyanın Mərkəzi Yava əyalətində avtobusun şosedən çıxaraq aşması nəticəsində azı iki nəfər ölüb, 16 nəfər yaralanıb.
SİA-nın yerli mənbələrdən əldə etdiyi məlumata görə, bubarədə Çinin “Sinhua” agentliyi məlumat yayıb.
Qəza yerli vaxtla saat 12:30 radələrində Pemalanq bölgəsində baş verib.
Yerli polis sözçüsü Cakartadan Semaranqa gedən avtobusda ümumilikdə 26 nəfərin olduğunu açıqlayıb.
Polisin məlumatına əsasən, qəzada digər avtomobillər iştirak etməyib.