RU

İndoneziyada avtobus aşıb, 2 nəfər ölüb, 16 nəfər yaralanıb

İndoneziyanın Mərkəzi Yava əyalətində avtobusun şosedən çıxaraq aşması nəticəsində azı iki nəfər ölüb, 16 nəfər yaralanıb.

SİA-nın yerli mənbələrdən əldə etdiyi məlumata görə, bubarədə Çinin “Sinhua” agentliyi məlumat yayıb.

Qəza yerli vaxtla saat 12:30 radələrində Pemalanq bölgəsində baş verib.

Yerli polis sözçüsü Cakartadan Semaranqa gedən avtobusda ümumilikdə 26 nəfərin olduğunu açıqlayıb.

Polisin məlumatına əsasən, qəzada digər avtomobillər iştirak etməyib.

Избранный
595
6
sia.az

10Источники