Ana 4 qızı ilə birgə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.
Bu barədə Bizim.Media-ya Birliyin rəhbəri Mehriban Zeynalova mlumat verib.
Onun sözlərinə görə Saatlıdan gələn ananın sosial durumu çətin olduğundan övladları ilə birgə sığınacağa müraciət edib:
“Qadının sözlərinə görə qayınana evində yaşayıblar. Sosial yaşayışları çətindir. Həyat yoldaşı iş axtarmaq üçün yola çıxıblar. Ana və 4 qız uşağını (6 aylıq, 9 yaş, 10 yaş, 11 yaş) müvəqqəti olaraq sığınacağımıza yerləşdirdik. Bildiyim qədər həyat yoldaşına İmişli rayonunda iş yeri deyilib”.
Qeyd edək ki, sözügedən ananın 3 qızı təhsildən yayınıb və ümumiyyətlə məktəbə getməyiblər. Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.
Alçina Amilqızı, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta