RU

Bakıda ana 4 qızı ilə sığınacağa YERLƏŞDİRİLDİ 

Ana 4 qızı ilə birgə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib. 

Bu barədə Bizim.Media-ya Birliyin rəhbəri Mehriban Zeynalova mlumat verib.

Onun sözlərinə görə Saatlıdan gələn ananın sosial durumu çətin olduğundan övladları ilə birgə sığınacağa müraciət edib:

“Qadının sözlərinə görə qayınana evində yaşayıblar. Sosial yaşayışları çətindir. Həyat yoldaşı iş axtarmaq üçün yola çıxıblar. Ana və 4 qız uşağını (6 aylıq, 9 yaş, 10 yaş, 11 yaş) müvəqqəti olaraq sığınacağımıza yerləşdirdik. Bildiyim qədər həyat yoldaşına İmişli rayonunda iş yeri deyilib”.
Qeyd edək ki, sözügedən ananın 3 qızı təhsildən yayınıb və ümumiyyətlə məktəbə getməyiblər. Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Alçina Amilqızı, Bizim.Media

Избранный
436
50
bizim.media

10Источники