AZ

Maykl Cordanın idman ayaqqabıları hərracda rekord məbləğə satılıb

Maykl

Bakı, 3 fevral, AZƏRTAC

ABŞ millisinin əfsanəvi basketbolçusu Maykl Cordanın idman ayaqqabıları hərracda rekord məbləğə satılıb.

AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, 60 yaşlı veteran oyunçunun Milli Basketbol Assosiasiyasında (NBA) çempionluq yaşadığı 1991,1992,1993,1996,1997 və 1997-ci illər mövsümündə istifadə etdiyi ayaqqabılar 8 milyon ABŞ dollarından artıq qiymətə satın alınıb.

Bu, indiyədək idman ayaqqabılarının satışı üzrə rekord göstəricidir.

Qeyd edək ki, Maykl Cordan karyerası ərzində “Çikaqo Bullz” və “Vaşinqton Vizards” komandalarının formalarını geyinib.

Seçilən
145
1
azertag.az

10Mənbələr