AZ

Günün ULDUZ FALI: aqressiv reaksiya münasibətləri korlaya bilər

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Tədqiqat və ya axtarışlarla məşğul olanlar üçün əlverişli zamandır. Təkbaşına, sakit şəraitdə çalışın.

Günün ilk yarısı adi qaydada olacaq.

Daha sonra orijinal ideyalar yaranacaq, fəaliyyətiniz daha məhsuldar olacaq.

Axşam saatlarına yaxın məişətdə yaranan xırda problemlərə fikir verin. Yaxınlarınız yanlış addımlarınız və tənbəlliyinizdən sinirlənə bilərlər. Bir qədər tək qalın.

Buğa - Məqsədinizə doğru inadla iraliləyin. Enerjiniz yetərincədir. Bir çox işlərin öhdəsindən gələ bilərsiniz. Ciddi problemlə qarşılaşanda bir qədər fasilə verin, situasiyanı təhlil edin. Müəyyən planlar var ki, onlardan ümumiyyətlə boyun qaçırmaq və unutmaq gərəkdir.

Günün ikinci yarısında əhvalınız dəyişəcək. Bu günədək adi, normal təsir bağışlayan məsələlərdən biri sizi təəssüfləndirəcək. Yaşam və fəaliyyət ritmini dəyişin.

Axşam saatlarında normal istirahət edin.

Əkizlər - Yaxın çevrənizdəki insanlarla mükalimələr sönük deyil. Bununla yanaşı, yeni tanışlıq da istisna deyil. Yazışma zamanı önəmli məktubları unutmayın. İnformasiya mübadiləsi üçün yaxşı zamandır.

Yeni ideyalar, fikirlər, istəklər olacaq.

Günün ikinci yarısında şərik və ya tərəfdaşla aktiv çalışın. Əlaqələri möhkəmləndirin. Dostlardan birinin üzləşdiyi ağır durumda ondan yardımlarınızı əsirgəməyin.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Xərçəng - Günün ilk yarısından etibarən hadisələrin axarında ləngimələr və yavaşımalar olacaq. Fəal olun, süstlüyə qapılmayın. Belədə işlərinizin nəticələri sizi sevindirəcək. Tələsik qərarlar və aqressiv davranış itkilər vəd edir.

Günün ikinci yarısında qeyri-adi təklif alacaqsınız. Yaxın ətrafınızdakı insanların sizə ədalətsiz yanaşdıqlarını düşünməyin. Axşam saatlarına yaxın enerjiniz azalacaq. Səhhətinizə fikir verin.

Şir - Qarşı tərəfə qayğıkeşliklə yanaşsanız, yeni müttəfiqlər tapa bilərsiniz. Ünsiyyətlə bağlı heç bir problem olmayacaq. Dostlar və tərəfdaşlarla müzakirələrdə mövqeyinizi sürətlə dəyişməyin. İntellektinizi göstərin. Səmimi olun.

Günün ikinci yarısında çoxdan planlaşdırılan müzakirələrə başlayın. Mübahisələrdə arqumentləri unutmayın.

Yeni tərəfdaşları işə cəlb etmək üçün münasib zamandır.

Yaşam arealını qaydaya salın. Təmir və köç ideyasını nəzərdən keçirmək olar. Qonaqlar olacaq.

Axşam saatları xoş təəssüratlar vəd edir.

Qız - Ağır günləri arxada qoyubsunuz. Bir qədər nəfəs dərmək, fəaliyyət istiqamətini təftiş etmək olar. Kommunikasiyalar pis alınmayacaq. Şəxsi görüşlərə üstünlük verin. Qısamüddətli səfərlər uğurla başa çatacaq.

Alış-verişdə ifrata varmayın.

Qohumlar və yaxınlarla təmaslarda qayğıkeş, həssas olun. Belə görüşdən xoşhal olmaqla yanaşı, yaxşı məsləhətlər və yardım da ala bilərsiniz.

Seçilən
456
1
publika.az

10Mənbələr