AZ

Xocalı qatili Beqlaryanın göstərdiyi yerdə məzarlıq aşkarlandı: 200-ə qədər şəxsin nəşi burada ola bilər (FOTO/VİDEO)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, 2023-cü ilin avqustunda Xocalı faciəsininiştirakçısı Raşid Beqlaryan Dövlət Təhlükəsizliyi Xidmətitərəfindən həbs edilib.

Trend xəbər verir ki, dindirilməsi zamanı təqsirləndirilən şəxsRaşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinintörədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki,Xocalıya hücum zamanı sağ qalmış azərbaycanlı dinc sakinlərətəhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonuistiqamətində gedə biləcəklərinə dair yalan vədlər veriblər.Əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədəkmülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salıblar.

Raşid Beqlaryan istintaqa ifadəsi zamanı bildirib ki, onlar atəşaçanda qadınlar və uşaqlar qışqırmağa başladılar, qaçıb xilas olabilənlər Ağdam tərəfə getdilər, xilas ola bilməyənlər isə buradaqaldılar.

"Atəş bitdikdən sonra meyitlərə yaxınlaşıb yoxlayırdılar.Ölməyənlərin üzərinə yenidən atəş açırdılar. Sonra onlarınüzərindəki qiymətli əşyalar çıxarılmağa başladılar. Bu ərazi Xocalısakinlərinin meyitləri ilə dolu idi. Meyitlər burda təxminən birhəftə qaldıqdan sonra basdırıldı", - deyə o, əlavə edib.

Qeyd edək ki, daha əvvəl Dövlət Təhlükəsizliyi Xidmətindəaparılan cinayət işi üzrə təqsirləndirilən şəxs Raşid Beqlaryanifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Xocalısoyqırımında qətlə yetirilən azərbaycanlıların Əsgəran qalasıətrafında kütləvi basdırıldığı həmin ərazini göstərmişdi.

Raşid Beqlaryanın ifadələri əsasında Əsir və itkin düşmüş, girovgötürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qruputərəfindən Əsgəran qalası yaxınlığında axtarış-qazıntı işləriaparılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədarDövlət Komissiyasının işçi qrupunun əməkdaşı Zaurİsmayılov Trend-ə bildirib ki, ərazidə Xocalı sakinlərinəaid olduğu ehtimal edilən məzarlıq tapılıb. Burada azı 8 nəfərinnəşinin qalıqları aşkar olunub. Bundan sonra da davam etdiriləcəkaxtarış işləri çərçivəsində bu rəqəmin artacağı istisnaolunmur.

8 fevral tarixində məzarlığın aşkar olunduğu əraziyə medianümayəndələrinin səfəri təşkil olunub. Səfər çərçivəsində yerlimedia nümayəndələri ilə yanaşı Serbiya, Türkiyə, Mərakeş, Peru,Uruqvay, Özbəkistan, Bosnya və Rusiyadan olan 35 nəfər xarici medianümayəndələri əraziyə baxış keçirib.

Səfər iştirakçılarına məlumat verilib ki, burada aşkar ediləninsan qalalarının eyniləşdirməsi məqsədi ilə növbəti mərhələdəinsan qalıqları ərazidən götürülərək aidiyyatı laboratoriyalaratəhvil veriləcək.

Seçilən
129
5
az.trend.az

2Mənbələr