AZ

Kivinin daha bir faydası məlum oldu - Psixi pozğunluğu...

Elm adamlarının apardığı araşdırmalar zamanı kivinin psixi pozğunluğu aradan qaldırdığı və ruh halını yaxşılaşdırdığı məlum olub. Sağlamolun.az xarici KİV-ə istinadən bildirir ki, buna səbəb kivinin daxilində çoxlu C vitamini olmasıdır.
Kivi yeyən insanın 4 gündə hüzuru artarır və ruh halının yaxşılaşır. Kivinin tərkibindəki C vitamini digər meyvələrdən daha çoxdur. Yeni Zelandiyanın Otago Universitetinin alimləri C vitamini az olan 155 nəfər üzərində 8 həftə araşdırma aparıb. Təcrübədə iştirak edənlər gündəlik olaraq iki kivi yeyiblər. 8 həftə bitəndə iştirakçılara anketlər verilib və onların özlərini necə hiss etdikləri barədə sualları cavablandırmaları tələ olunub. Bu barədə "British Journal of Nutrition"da məlumat yayımlanıb. Kivinin 4 gün ərzində ruh sağlığını yaxşılaşdırdığı məlum olub. O da məlum olub ki, kivi yemək bədəndəki C vitaminini 14-16 gün ərzində tamamilə yüksəldir. 

Saglamolun.Az





Seçilən
118
5
saglamolun.az

10Mənbələr