Türkiyədən Qəzzaya dərman və tibbi ləvazimat daşıyan təyyarə Misirin Əl-Ariş hava limanına çatıb.
Kayseri Hava Limanında təxminən 1,5 ton dərman və tibbi ləvazımat dayışan Milli Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri Komandanlığına aid A-400 M tipli təyyarə, hazırlıqların tamamlanmasından sonra aralarında mütəxəssis həkim və tibb bacılarının da olduğu 12 səhiyyə işçisi ilə Əl-Ariş hava limanına yola düşüb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, təxminən 2 saatlıq uçuşdan sonra hava limanına enən təyyarədən yardım ləvazimatları boşaldılıb.
Təyyarə paytaxt Ankaraya dönərkən qəzzalı çox sayda xəstə və uşaq də gətirəcək.