AZ

İtburnu və cökədən müalicəvi qarışımlar - Qızdırmanı salır...

İtburnu və cökədən ayrı ayrılıqda müalicəvi təsirə malik dəmləmələr hazırlaya bilərsiniz. Sağlamolun.az hazırlanma qaydalarını  və faydalarını təqdim edir:
   İtburnu həlimi: - 1yemək qaşığı quru itburnunu bir stəkan suya tökün. - 10 dəqiqə qaynadın. - 2 saat buraxın və süzün. - 100 ml dəmləməyə 1 çay qaşığı bal əlavə etməklə gündə 3 dəfə için. Bədəni gücləndirməyə kömək edir (tərkibində C, B2 və P vitaminlərinin "şok" dozaları var), ödqovucu və qızdırmasalıcı təsir göstərir.  Cökə həlimi: - 1 yemək qaşığı qurudulmuş cökəni bir stəkan qaynar suya tökün. - Bir neçə saat dəmləyin və süzün. - Gündə 2 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edin. Diaforetik, qızdırmasalıcı və iltihab əleyhinə təsir göstərir, soyuqluğun ilk əlamətlərində kömək edir.

Saglamolun.Az





Seçilən
88
saglamolun.az

1Mənbələr