AZ

ABŞ və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub

ABŞ-nin müdafiə naziri Llyod Ostinlə israilli həmkarı Yoav Qallant arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayderin yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, Ostin Qalanta “ABŞ-nin İsrailə sarsılmaz dəstəyi” haqqında deyib.

“Nazir (Ostin – red.) ABŞ-nin ... hava hücumundan müdafiə ehtiyatları və döyüş sursatları ehtiyatlarını doldurmaq hazırlığını təsdiqləyib”, - bəyanatda diqqətə çatdırılıb.

Pentaqon nümayəndəsinin söylədiyinə görə, müdafiə nazirləri “yaxın gün və həftələrdə əlaqə saxlamağa razılaşıblar”.

Seçilən
461
6
report.az

10Mənbələr