AZ

Xalq artisti Leyla Şərifova vəfat etdi - Video

Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni, bəstəkar Leyla Şərifova vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə tacik jurnalisti Odil Nozir məlumat yayıb. Xalq artisti 94 yaşında Almaniyada dünyasını dəyişib.

L.Şərifova 1931 il iyunun 22-də Bakıda anadan olub.

Atası izmirli, anası azərbaycanlı olan sənətçi 1988-ci ildən Almaniyanın Düsseldorf şəhərində yaşayırdı.

Şərifovanın repertuarında türk, əfqan, azərbaycan, türkmən, ərəb, fars, özbək və ispan mahnıalrı olub. Müğənninin ifaları nüfüzedici lirizim ilə, şeriyyətlə fərqlənir. Leyla Şərifovanın ustalığı və zərif vokal mədəniyyəti dinləyicilərin məhəbbətini qazanmışdı.

Şəripova bəstəkar və nəğməkar şair da olub, 10 mahnının sözlərini yazıb. “Qara gözlər” və “Badam çiçəyi” adlı mahnıların müəllifi olub.

Seçilən
216
50
kulis.az

10Mənbələr