AZ

Paşinyanın istefası ilə bağlı mitinq başlayır: 100 səbəb

Revanşist ermənilər yenidən hərəkətə keçiblər. Adalet.az xəbər verir ki, bu gün, fevralın 20-də, saat 16:30-da “Miatsum” alternativ ictimai-siyasi hərəkatının Koordinasiya Şurası Azadlıq meydanında  Qarabağ hərəkatının növbəti ildönümünə həsr olunmuş mitinq keçirəcək. Erməni mediası bildirir ki, mitinqin təşkilatçılarının fikrincə, mitinqin əsas tələbi Qarabağı təslim edənlərin istefası olacaq.Bir neçə gün əvvəl çağırılan mətbuat konfransında hərəkatın koordinasiya şurasının üzvü Qrant Baqratyan bildirib ki, iş bitib, Nikol Paşinyan hər gün bir söz deyir, xalqı aldadır: “Biz bu tələbin əsaslandırılmasını hazırlamışıq - mitinq zamanı təqdim edəcəyimiz 100 səbəb var".Ermənistan Demokratik Partiyasının rəhbəri Aram Sarkisyan isə  bildirib ki, biz həmin gün əvvəldən Yrablur panteonuna gedəcəyik, sonra isə Azadlıq meydanında toplanacağıq.Xatırladaq ki, 1988-ci il 13 fevralda ermənilər Xankəndində Vilayət partiya komitəsinin binası qarşısında ilk mitinqi keçirirlər. 400-ə qədər adamın iştirak etdiyi mitinqə "Krunk" terrorçu təşkilatının sədri Arkadi Manuçarov rəhbərlik edir. 1988-ci il 19 fevralda İrəvanda anti-türk mövqeli mitinq keçirilir. Mitinqdə "Ermənistanı türklərdən təmizləməli", "Ermənistanda ancaq ermənilər yaşamalıdır" tələbləri irəli sürülür. 1988-ci il 19 fevralda Bakıda "Qarabağ bizimdir!" şüarları ilə ilk yürüş keçirilir. 1988-ci il 20 fevralda ermənilər Xankəndində Vilayət partiya komitəsinin binası qarşısında 3 min nəfərin iştirak etdiyi növbəti mitinqlərini keçirirlər. Dağlıq Qarabağın Vilayət Soveti Ermənistana birləşmək haqda qərar çıxarır və SSRİ Ali Sovetinə göndərir. Əntiqə Rəşid

Seçilən
272
49
adalet.az

10Mənbələr