AZ

Bu ölkədən Rusiya və ukraynalılar üçün sərt qərar: Martın 7-dək...

Şri-Lanka hakimiyyəti Rusiya və Ukrayna vətəndaşlarına uzunmüddətli turist vizalarının müddətini uzatmamaq qərarına gəlib.
Paralel.az xəbər verir ki, bu barədə Şri-Lankanın Miqrasiya Xidmətinin baş komissarı Harşa İlukpitiya AFP-yə müsahibəsində bildirib.
İlukpitiyanın sözlərinə görə, hökumət bundan sonra viza müddətini uzatmayacaq. Rəsmi əlavə edib ki, “uçuşlarla bağlı vəziyyət normallaşıb” və buna görə də “evə qayıtmaqda heç bir problem yoxdur”.
O vurğulayıb ki, belə vizası olan şəxslər martın 7-dək Şri-Lankanı tərk etməlidirlər.

Seçilən
376
4
paralel.az

10Mənbələr