“Əslində manatın məzənnəsi bahalaşmalı imiş, amma Mərkəzi Bank qoymuyub. İnteqrasiya edib. Dolları alıblar ki, dollar ucuzlaşmasın. Yəni dollar 1,70-dən aşağı düşməsin. Bu o deməkdir ki, Mərkəzi Bank dolların 1,70-dən aşağı düşməsini istəmir. Bunu rəsmi olaraq elan etməsələr də, biz son 5-6 illik siyasətdən bilirik ki, 2017-ci ildən bu yana demək olar ki, mütəmadi olaraq Mərkəzi Bank dövr üzrə yüksək dollar alır ki, Bazarı tənzimləsin. Artıq dolları bazardan çıxarıb insanlara manat verir”. İqtisadçı qeyd edib ki, Mərkəzi Bankın siyasəti odur ki, manat dollara qarşı 1,70-lə qalacaq. Onun sözlərinə görə, hər hansı bir qeyri-adi anormal hadisə olmazsa, 1 il ərzində manatın məzənnəsi ilə bağlı ciddi risklər yoxdur: “Manatın məzənnəsi bazarla hərəkət etmir deyə artıb-azalıb və ya tələb-təklif çoxalıb deyə bilmərik. Manatın məzənnəsi Mərkəzi Bankın dollara təchizlənmiş siyasəti ilə davam edir. Bu da o deməkdir ki, dollar dünyada bahalaşanda manat da onunla birlikdə bütün digər valyutalara qarşı bahalaşır. Dollar ucuzlaşanda isə manat da digər valyutalara qarşı ucuzlaşır”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta