AZ

Azərbaycanlı Gənc Avropa səfirləri tərəfindən Bakı, Gəncə və Lənkəranda evsiz heyvanlar üçün 100 sığınacaq qutu quraşdırılıb

Bakı. Trend:

Bu günə qədər Azərbaycanlı Gənc Avropa səfirləri (YEAs) “WoltAzerbaijan” şirkətinin dəstəyilə Bakı, Gəncə və Lənkəranşəhərlərinin küçələrində evsiz heyvanlar üçün 100 sığınacaq qutuquraşdırıb.

Trend xəbər verir ki,Bu təşəbbüs Avropa İttifaqı tərəfindənmaliyyələşdirilir və “Wolt Azerbaijan” şirkətinin çatdırılmaçantalarından evsiz heyvanlar üçün sığınacaqlar yaradılır.

Layihənin əsas məqsədi evsiz heyvanlara sevgi, mehribanlıq vəqayğı göstərmək və dayanıqlı təcrübələri təşviq etməkdir.

“Nəticə göz qabağındadır, hər bir yaradılmış sığınacağınqarşısında yerli sakinlər tərəfindən qoyulmuş yemək və su qabları,hər kəsin üzündə sahibsiz heyvanların rifahından xəbər verəntəbəssüm tapmaq olar”, – deyə Gənc Avropa səfiri Nərgiz Əliyevabildirib.

“Sığınacaqların quraşdırılması evsiz heyvanlar üçün təhlükəsizsığınacaq təmin etməklə yanaşı, həm də tüklü dostlarımıza qarşışəfqət və empatiya mədəniyyətini inkişaf etdirir”, – AzərbaycandakıGood World Animals Rescue and Protection (GWARP) adlı qeyri-hökuməttəşkilatının prezidenti Fərid Mansurov bildirib. “Evsiz heyvanlarınehtiyaclarının ödənilməsində və daha humanist cəmiyyətin təşviqindəbu təşəbbüslərin əhəmiyyəti çox böyükdür”.

Seçilən
64
3
az.trend.az

4Mənbələr