AZ

Zalujnı fevral ayında hərbi xidmətə yararsız elan edilib - Media

"Ukrayna Silahlı Qüvvələrinin (USQ) keçmiş baş komandanı Valeriy Zalujnı fevral ayında tibbi müayinədən keçib və hərbi xidmətə yararsız elan edilib". Bizimyol.info xəbər verir ki, bu barədə “Zerkalo Nedeli” nəşri mənbələrə istinadən məlumat yayıb. Mənbələr bu faktla bağlı heç bir təfərrüat verməyib. Komissiyanın dəqiq tarixi də məlum deyil. Nəşrin mənbələri bildirib ki, fevral ayında da Zalujnı hərbi xidmətdən kənarlaşdırılması barədə hesabat təqdim edib. Nəşr bildirib ki, vəzifədən azad edildikdən sonra Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı müdafiə nazirinin sərəncamına verilib. Bununla belə, “Zerkalo Nedeli” qeyd edib ki, Ukraynanın müdafiə naziri ona Zalujnının hazırlığı və təcrübəsi səviyyəsinə adekvat olan heç bir mühüm hərbi vəzifə təklif etməyib, necə ki, prezidentin özü də əvvəllər bunu təklif etməyib. Bu şərtlər altında general Zalujnı başqa bir iş görmək imkanı və hüququ əldə etmək üçün hərbi xidmətdən istefa vermək qərarına gəlib. Fevralın 8-də Ukrayna prezidenti Vladimir Zelenski cəbhədəki durğunluğa və “generalları yenidən işə salmağın” zəruriliyinə işarə edərək, Zalujnını Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edib, lakin fevralın 9-da onu Ukrayna Qəhrəmanı adı olə təltif edib. Cümə axşamı Ukrayna Xarici İşlər Nazirliyi Zelenskinin Zalujnının Böyük Britaniyadakı səfir postuna namizədliyi ilə bağlı razılığa gəldiyini bildirib. Qadir, Bizimyol.info

Seçilən
162
6
bizimyol.info

10Mənbələr