AZ

Aytən Məmmədovanı keçmiş əri öldürübmüş - DETALLAR

Mingəçevirdə 37 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən keçmiş əri saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş əri, 1979-cu il təvəllüdlü Mirzəyev Ceyhun Ömər oğlu saxlanılıb.

****

Martın 10-da saat 17:30-da Mingəçevir şəhərində yerləşən evlərin birində 1987-ci il təvəllüdlü Məmmədova Aytən Sərvan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Milli.Az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

 

Əlavə məlumat veriləcəkdir.

Seçilən
262
11
sfera.az

10Mənbələr