Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Çinə səfəri çərçivəsində bu ölkənin ekologiya və ətraf mühit nazirinin müavini Çjao İnminlə görüşüb.
H.Hacıyev bununla bağlı "X"dəki hesabında paylaşım edib.
Görüşdə COP29-la əlaqədar qarşıda duran məsələlərlə bağlı, iqlim ədaləti, ümumi, lakin fərqli məsuliyyətlər konsepsiyası və Qlobal Cənub ölkələrinin iqlim fəaliyyətinə və yaşıl keçidə baxışları ilə əlaqədar geniş müzakirələr aparılıb.