AZ

İrəvan sərhəd məsələlərinin müzakirəsindən imtina edərsə, bu, müharibəyə gətirib çıxaracaq - Paşinyan

Ermənistan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya məsələsini müzakirə etməkdən imtina etsə, bu, müharibəyə gətirib çıxaracaq.

"Sputnik Ermənistan” xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan Tavuş bölgəsinə səfəri zamanı sakinlərlə görüşündə deyib.

Sakinlərdən birinin sualına cavab verən Paşinyan bildirib: "İndi heç bir delimitasiya və demarkasiya olmayacaq deyərək zalı tərk edib getmək olar. Lakin bu o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Və mən bu müharibənin sonunda nə olacağını da bilirəm. Sonra Respublika meydanından haradasa qarşılaşdığımızda siz deyəcəksiniz: "Yaxşı, biz sadə kəndlilərik, bizim məlumatımız yox idi, axı siz bilirdiniz”.

www.anews.az
Seçilən
260
50
anews.az

10Mənbələr