AZ

Ölən və yaralananların bank borcları silinəcək

Rusiyanın 9 bankı "Crocus City Hall" terror aktı nəticəsində ölən və yaralananların kreditlərini siləcək.   Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, "VTB Bank", "Alfa Bank", "Sovcombank", "Home Bank", "Qazprombank", "Tinkoff Bank", "Uralsib", "DOM.RF Bank" və "Poçta Bank" bu barədə məlumat yayıblar.  

Qeyd edək ki, martın 22-də Moskvadakı "Crocus City Hall"da terror aktı törədilib. Son məlumata görə, terror aktı nəticəsində 133 nəfər ölüb, 154 nəfər yaralanıb.
 

Seçilən
97
8
manset.az

10Mənbələr