AZ

NATO Rusiya raketlərinin vurulmasını nəzərdən keçirir – “Rusiya Alyansa qayda diktə etməli deyil”

NATO, Rusiya raketləri alyans ölkələrinin ərazisinə doğru uçarkən onları vurmaq variantını nəzərdən keçirir.“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Polşa XİN başçısı Anjey Şeyna deyib. Nazir bildirib ki, alyans Rusiya raketlərinin vurulması ilə bağlı müzakirələr aparır: "NATO müxtəlif konsepsiyaları təhlil edir, xüsusən də belə raketlər NATO sərhədinə çox yaxın olduqda vurulmalıdır. Lakin bu, Ukrayna tərəfinin razılığı və mümkün beynəlxalq nəticələr nəzərə alınmaqla baş verməlidir. Belə ki, NATO raketləri Rusiya raketlərini alyansın əməliyyat müqaviləsi zonasından kənarda vurmuş olacaq”. Şeyna vurğulayıb ki, işğalçı dövlət olan Rusiya NATO-ya heç bir qayda diktə etməməlidir: “Rusiya buna öyrəşməlidir ki, NATO, demokratik dövlətlər, Avropa İttifaqı Ukraynadakı münaqişənin həllinə gələndə müəyyən ton müəyyən etməyə başlayacaq”.Xatırladaq ki, martın 24-də Rusiya Ukraynaya kütləvi raket hücumu həyat keçirib. Hücum zamanı raketlərdən biri Polşa ərazisinə keçib, orada yarım dəqiqədən çox qalıb və Ukraynaya qayıdıb.
Polşa Müdafiə Nazirliyi bildirib ki, əgər həmin gün Rusiya raketi bir az da ölkənin dərinliklərinə uçsaydı, vurulacaqdı.“AzPolitika.info”

Seçilən
139
50
azpolitika.info

10Mənbələr